Qarabağ əldən gedir!
Vətən təhlükədədir!
Ayağa qalx Azərbaycan kişisi!
11 iyul 2009
BABH: Böyük səkkizlərin İtaliyada keçirilən Sammitində Minsk qrupuna həmsədrlik edən ölkələrin-ABŞ, Rusiya və Fransa prezidentlərinin Qarabağ münaqişəsinə dair verdikləri gözlənilməz bəyanatı Azərbaycan dövlətinə qarşı qəsd kimi qiymətləndiririk. Üç xristian dövləti işğalçı Ermənistanı açıq şəkildə dəstəkləyir, işğalçı dövlətin bütün iddialarının yerinə yetirilməsinə yardım göstərir və Azərbaycanı təslimçi sülhə məcbur etməyə çalışırlar.
Onların təklif etdikləri variant Dağlıq Qarabağdakı qondarma rejimə müvəqqəti statusun verilməsi, yekun statusla bağlı referendumun keçirilməsinə şərait yaradılması, Dağlıq Qarabağdakı qondarma rejimi qorumaq üçün beynəlxalq sülhməramlıların regiona yerləşdirilməsindən ibarətdir. Həmsədr ölkələrin təklif etdikləri bu variant Ermənistanın işğal hərəkətlərinə bəraət qazandırılmasına, Dağlıq Qarabağın həmişəlik itirliməsinə yönəlmişdir.
Qarabağ Azadlıq Təşkilatı hesab edir ki, təklif olunan variant Azərbaycanın maraqlarına qətiyyən cavab vermir, ona görə də Azərbaycan hakimiyyəti dərhal danışıqlardan imtina etməlidir. Həmsədr ölkələr bu variantı verməklə obyektivlikdən və ədalət prinsiplərindən çox uzaq olduqlarını nümayiş etdirdilər. Azərbaycan hakimiyyəti tərəfindən bu danışıqların davam etdirilməsi, hansısa formada bu varianta razılıq verməsi milli maraqlara xəyanətdir. Biz bildiririk ki, Azərbaycanın bütün siyasi və ictimai qurumları bir araya gəlməli, antimilli xəttin həyata keçirilməsinə, Dağlıq Qarabağın həmişəlik itirilməsinə yol verməməməlidir. Vəziyyət həddindən artıq təhlükəlidir! Bu təhlükəni dərk etməyənlər, bu təhlükənin aradan qaldırılması üçün heç nə etmək istəməyənlər də xəyanətkardırlar! Hər bir azərbaycanlı ayağa qalxmalı, Vətən qarşısında öz borcunu yerinə yetirməli, məkrli planın həyata keçirilməməsi üçün gücü çatan hər bir işi görməlidir!
Qarabağ əldən gedir!
Vətən təhlükədədir!
Ayağa qalx Azərbaycan kişisi!
BABH

İyul 12, 2009 0:02

429 oxunma
Siyasət,
Təşkilat,
Türk Dünyası,
Güney Azərbaycan,
Güzey Azərbaycan,
Qarabağ,
Erməni-Cinayətkar,
Kürd-Teror,
Qərbi Azərbaycan,
Dünya,
Tarix,
Din,
Mədəniyyət,
İqtisad,
Hadisə